Paytaxt yollarında sürət həddi artırıldı
Cəmiyyət
11:19 / 16.12.2016
710
Paytaxt yollarında sürət həddi artırılıb.
Bakı Nəqliyyat Agentliyinin sektor müdiri Mais Ağayevin verdiyi məlumata görə, dünən paytaxtda müşahidə edilən faktiki hava şəraitini nəzərə alınaraq şəhərdaxili əsas magistral avtomobil yollarında (Heydər Əliyev prospekti - Hava limanı və Zığ - Hava limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə ) nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi səhər saatlarında 20 km/saat, axşam isə daha 10 km/saat endirilmişdi.
Hazırda paytaxt yollarında vəziyyət normal olduğundan sürət həddi 10 km/saat qaldırılaraq standartdan 20 km/saat aşağı məsafədə saxlanılıb.
Sektor müdiri deyib ki, hazırda paytaxt yollarında nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir. Yolların hərəkət hissəsi qar və buzdan təmizləndiyindən nəqliyyat vasitələrinin, o cümlədən də sərnişin avtobuslarının hərəkətində hər hansı bir çətinlik yoxdur.