İranın BMT-dəki daimi nümayəndəsi: Haniyə ABŞ-nin icazəsi ilə öldürülüb


İranın BMT-dəki daimi nümayəndəsi: Haniyə ABŞ-nin icazəsi ilə öldürülüb

HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsi ABŞ-nin icazəsi və Amerika kəşfiyyatının köməyi olmadan baş verə bilməzdi.
 

Sfera.az xəbər verir ki, bunu İranın təşkilatdakı daimi nümayəndəsi Əmir Səid İrəvani bunu hazırda BMT Təhlükəsizlik Şurasının funksiyalarınıyerinə yetirən Rusiya sədrinə məktubunda bildirib.
 

Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonun Haniyənin qətlində əli olmadığını bildirmişdi. Eyni zamanda diplomat əlavə edib ki, hazırda Qəzza zolağı sakinlərinin iztirablarına son qoyulması və israilli girovların evlərinə qaytarılması həyati əhəmiyyət kəsb edir.
 

Xatırladaq ki, HƏMAS Siyasi Bürosunun lideri İsmayıl Haniyə prezident Məsud Pezeşkiyanın andiçmə mərasiminə gəldiyi Tehranda öldürülüb. İsrail siyasətçinin ölümünə görə məsuliyyəti üzərinə götürməyib.

İnci
sfera.az


OXŞAR XƏBƏRLƏR