Körpəsi ilə birgə yarışan Yaylagüldən- AÇIQLAMA


Körpəsi ilə birgə yarışan Yaylagüldən- AÇIQLAMA

Xəbər verdiyimiz kimi, peşəkar azərbaycanlı oxçu Yaylagül Ramazanova ölkəmizi Paris-2024-də ikicanlı təmsil edib. Onun 7 aylıq hamilə ola-ola mübarizə aparması sosial şəbəkələrdə və Türkiyə mediasında böyük müzakirələrə səbəb olub.

 

Sfera.az xəbər verir ki, "Qafqazinfo”ya təəssüratlarını bölüşən Yaylagül Ramazanova bildirib ki, ana olmağa hazırlaşmağı yarış zamanı ona güc verib.

 

"Mərhələ adlamaq, qələbə qazanmaq kimi məqsədlər var idi. Ölkəmə medal qazandırmaq, üçrəngli bayrağımızı dalğalandırmaq əsas hədəflərdən idi. Amma buradakı rəqiblər sayılıb-seçilən idmançılardır. Olimpiadada zəif rəqib yoxdur. İlk rəqibim çinli idmançı idi. Xala-xal pirinsipi ilə mübarizə getdi. 1/16 mərhələyə adladım, hər şey yaxşı idi. Hədəf qalib olmaq idi”.

 

O, yarışlardakı ikicanlı iştirakını belə ifadə edib:

 

"Tribunada azarkeşlərin rəğbətini qazanmışdım çox gözəl idi. Bu olimpiadada mənimlə yanaşı, misirli qılıncoynadan xanım da 7 aylıq hamilədir.

 

Deməli bu olimpiadadakı iki ən gənc iştirakçı hələ doğulmayan 7 aylıq körpələrdir.

 

Övladımın olimpiadada olması gələcəyin işidir. Bizim ailədə həm idmançılar, həm də incəsənət insanları var. Seçim onun olacaq. Əsas olan vətənini sevən, layiqli övlad yetişdirməkdir”.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...