Putin Modiyə başsağlığı verdi
Dünya
20:47 / 31.07.2024
7581
Rusiya Prezidenti Vladimir Putin Hindistanın Prezidenti və Baş naziri - Draupadi Murmu və Narendra Modiyə Kerala ştatında baş verən təbii fəlakətdən dolayı başsağlığı teleqramı göndərib.
Sfera.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat yayılıb.
"Keralada sürüşmənin faciəvi nəticələri ilə bağlı ən səmimi başsağlığımızı qəbul edin",- teleqramda deyilir.
Qeyd edək ki, sürüşmə nəticəsində ölənlərin sayı 163-ə çatıb. Təxminən 200 nəfər yaralanıb, yüzə yaxın insan isə itkin düşüb.