Qurban Qurbanov XXI əsrin “Ən”ləri siyahısında


Qurban Qurbanov XXI əsrin “Ən”ləri siyahısında

2000-ci ildən bəri (XXI əsrdə) UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası turnirlərində baş məşqçi kimi ən çox iştirak edən mütəxəssislərin siyahısı açıqlanıb.

 

Sfera.az xəbər verir ki, siyahıda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da adı var.

 

O, “Neftçi” və “Qarabağ” komandalarının baş məşqçisi kimi 165 oyunda yer alıb və 67 görüşdən qalibiyyətlə ayrılıb.

 

XXI əsrdən bu yana qitə miqyaslı turnirlərdə ən çox portuqaliyalı baş məşqçi Jose Mourinyo təmsil olunub.

 

O, Avropa turnirlərində 231 matçda 131 qalibiyyət əldə edib.

 

61 yaşlı mütəxəssisi Mirça Luçesku təqib edir. Rumıniyalı baş məşqçi Avropada 226 oyunun 94-də komandasına qələbə qazandırıb.

 

İlk “üçlüy”ü isə Karlo Ançelotti başa vurur. İtaliyalı mütəxəssis 220 qarşılaşmanın 123-də qalib gəlib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR