Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak oldu - ADLAR - YENİLƏNDİ

Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak oldu - ADLAR - YENİLƏNDİ

Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

 

O bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

 

F.Əliyev qeyd edib ki, hazırda Qubadlı hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

 

***

 

14:23

 

Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak olub.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitlərinin aşkar edilib.

 

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.


OXŞAR XƏBƏRLƏR

Alimlər xərçəngə qarşı peyvənd ixtira etdi

Milli Tayvan Universitetindən olan alim qrupu induksiya olunmuş plüripotent kök hüceyrələri əsasında siçanlarda bağırsaq xərçənginin qarşısını uğurla almış və o...

Pedofillərin qurbanları: Onları necə qoruyaq?

Cəmiyyətin təhlükəsizliyi və uşaqların qorunması hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. Son dövrlərdə pedofiliya halları ilə bağlı məlumatların artmas...

“Bolt” da Zəngəzur dəhlizini “açdı”: Gedişhaqqı bilindi – FOTO

“Bolt” taksi şirkətinin tətbiqində Bakıdan Naxçıvan Muxtar Respublikasına avtomobillə səfərlər üçün yol əks olunub.   Sfera.az “Glo...

Trampın bu qərarı elm aləmində ciddi narazılıq yaratdı

Donald Tramp NASA-nın iqlim dəyişikliyi ilə bağlı həyati məlumatlar toplayan iki peyk missiyasının dayandırılması üçün plan hazırlanması tapşırılıb.  ...

İlham Əliyev onu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə təbrik məktubu ünvanlayıb.   Sfera.az-ın məlumatına görə, mətndə deyilir: ...

Azərbaycanın dövlətçilik tarixi: Elm və mədəniyyətinin təbliği

Azərbaycan, qədim dövlətçilik ənənələrinə malik, zəngin mədəni irsi və dərin elmi potensialı olan bir ölkədir. Bu coğrafiyada formalaşan sivilizasiyalar təkcə r...