"Moskva Vaşinqtonla dialoqa maraq göstərmir" - Mariya Zaxarova

"Moskva Vaşinqtonla dialoqa maraq göstərmir" - Mariya Zaxarova

"Moskva hazırda Vaşinqtonla strateji sabitlik və silahlara nəzarət üzrə dialoqa maraq göstərmir".

 

Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

“Strateji sabitlik və silahlara nəzarət üzrə Rusiya-ABŞ dialoquna zəmin yaratmağa gəlincə, Vaşinqtonun milli təhlükəsizliyimizi pozmağa çalışmaq və Rusiya ilə qarşıdurmanı saxlamaq kimi ağılsız siyasətindən sözlə deyil, praktiki olaraq əl çəkməsi çox vacibdir. Bundan başqa, NATO-nun aqressiv Şərqə doğru genişlənməsi kimi əsas təhlükəsizlik məsələlərinin həllinə yönələn hər hansı potensial müzakirələr hərtərəfli olmalıdır. Bu baxımdan biz Vaşinqtonun dialoqa girmək üçün nə real marağını, nə də onu başlamaq üçün hər hansı əsası görmürük”, - diplomat qeyd edib.

 

O, həmçinin Dövlət Katibinin Silahlara Nəzarət, Yoxlama və Uyğunluq üzrə köməkçisi Mallory Stewart-ın bəyanatlarına diqqət çəkib. Zaxarova Rusiyanın silahlara nəzarət üzrə dialoqun bərpasını ABŞ-nin Kiyev rejiminə dəstəyini dayandırması zərurəti ilə əlaqələndirdiyini söyləyib:

 

"İlk növbədə, Stewart silahlara nəzarət sisteminin dağılmasına görə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışdı. Lakin ABŞ-nin Anti-Ballistik Raket Müqaviləsi və Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsindən çıxması ona xatırladıldı. Bu cür ittihamların heç bir nəticə verməyəcəyini iddia edərək dərhal melodiyasını dəyişdi”, - Zaxarova vurğulayıb.

 

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin qeyd edib ki, məhz ABŞ Açıq Səma Müqaviləsindən çıxıb və Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini ratifikasiya etməkdən imtina edib. Bundan əlavə, Vaşinqton və onun NATO müttəfiqləri Rusiyanın əsas təhlükəsizlik maraqları hesabına postsovet məkanından öz siyasi və hərbi məqsədləri üçün istifadə etməyə çalışırdılar.

 

“Onlar müqavimətlə üzləşəndə isə döyüş meydanında ölkəmizə “strateji məğlubiyyət” vermək məqsədi ilə hibrid müharibəyə başladılar”, - Zaxarova vurğulayıb.

 

O, xəbərdarlıq edib ki, bu cür hərəkətlər nüvə gücləri arasında birbaşa toqquşmaya səbəb ola bilər.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...