Rusiya XİN: "Qərbin Ermənistan mediasına təsirinin artması yaxşı heç nə vəd etmir"

Rusiya XİN: "Qərbin Ermənistan mediasına təsirinin artması yaxşı heç nə vəd etmir"

Qərbin Ermənistan media resurslarına təsirinin artması yaxşı heç nəyə gətirib çıxarmayacaq.

 

Sfera.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasyin keçirdiyi brifinqdə jurnalistlərə deyib.

 

“Amerikalılar və Aİ fürsətçi davranaraq hər yerdə Ermənistan vətəndaşlarının ictimai rəyini Rusiyaya qarşı yönəltmək məqsədi güdür. Onlar həmçinin çoxəsrlik Rusiya-Ermənistan dostluğunun və Moskvanın müxtəlif sahələrdə İrəvana göstərdiyi dəstəyin əhəmiyyətini azaltmaq istəyirlər”, - o bildirib.


OXŞAR XƏBƏRLƏR