Qətərin Baş naziri: "İsrail-HAMAS danışıqlarının gələcəyi sual altındadır"

Qətərin Baş naziri: "İsrail-HAMAS danışıqlarının gələcəyi sual altındadır"

Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani HAMAS-ın siyasi rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İsrail və HAMAS arasında gələcək vasitəçiliyin uğuruna şübhə ilə yanaşıb.

 

Sfera.az xəbər verir ki, bu barədə İsrail və HAMAS arasında vasitəçilik səylərinə rəhbəlik edən Qətər Baş naziri "X" hesabında paylaşım edib.

 

"Danışıqlar davam edərkən Qəzzada mülki şəxslərin hədəfə alınması və siyasi sui-qəsdlər bizi belə bir sual ətrafında düşünməyə vadar edir ki, bir tərəf digər tərəfdəki müzakirəçini qətlə yetirdikdə vasitəçilik necə uğur qazana bilər? Sülh üçün ciddi tərəfdaşlar lazımdır", - o yazıb.


OXŞAR XƏBƏRLƏR