Azərbaycanda bu şəxslər bir ilədək HƏBS EDİLƏCƏK - AÇIQLAMA

Azərbaycanda bu şəxslər bir ilədək HƏBS EDİLƏCƏK - AÇIQLAMA

Son zamanlar estetik cərrahlarla bağlı sosial şəbəkələrdə şikayətlərin sayı artır. Pasientlər bildirirlər ki, həmin həkimlər işlərini düzgün icra etmirlər və onların sağlamlığına ziyan vururlar.

 

Bəs işini düzgün icra etməyən, insanların sağlamlığına ziyan vuran estetik cərrahlara qarşı hansı hüquqi cəza tədbirləri görülür?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, Azərbaycanda həkimlərin səhvlərindən zərər görən insanlar var.

 

“Bu halla üzləşən şəxs tez bir zamanda hüquq mühafizə orqanlarına müraciət etməlidir. Əməliyyatın olunduğu yer üzrə prokurorluğa müraciət etdikdən sonra, pasient sağlamlığında yaranan problemlə bağlı məhkəmə tibbi-ekspertizasının müayinəsindən keçir. Həmin müayinə şəxsin sağlamlığına dəyən xəsarətin dərəcəsini müəyyən etməyə kömək edir. Xəsarətin dərəcəsi böyük olarsa, Azərbaycan Respublikasının Cinayət Məcələsinin 131.2 maddəsinə uyğun cinayət işi başlayır. Ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vuran həkimə 1200 manatdan 2400 manata qədər cərimə cəzası, 2 ilə qədər islah işləri və ya 1 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilir. Sağlamlığa vurulan zərər ağır olmazsa, həkimin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə dəyərləndiriləcək. Bu zaman həkimə 1500 manatdan 3000 manata qədər cərimə cəzası, 2 il müddətə qədər islah işləri, 6 aya qədər azadlıqdan məhrumetmə cəzası təyin oluna bilər. Şəxsin əməlində cinayət faktı özünü təsdiq etdiyi halda, həmin pasient zərərçəkmiş şəxs olaraq mülki qaydada iddia qaldırmaq hüququna malikdir. Bu isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi ilə tənzimlənir”.

 

Ramil Süleymanov qeyd edib ki, həkim pasientin şikayətini aradan qaldırmasa, müqavilə öhdəliklərini icra etməmiş olur.

 

“Pasient şikayəti, problemi aradan qalxmadığı zaman da məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə pasientin ödənişinin geri qaytarılması barədə qərar qəbul edə bilər. Buna görə tərəflər məhkəməyə sübutlar göstərməlidirlər”.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...