Ərdoğan HAMAS liderinin qətlini PİSLƏDİ
Dünya
13:09 / 31.07.2024
8433
HAMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin Tehranda xaincəsinə öldürülməsini qətiyyətlə pisləyirəm.
Sfera.az-ın apa-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “X” hesabındaki paylaşımında deyilir.
“Bu sui-qəsd Fələstin mübarizəsini, Qəzzanın şanlı müqavimətini və fələstinli qardaşlarımızın ədalətli mübarizəsini pozmaq, fələstinliləri ruhdan salmaq və qorxutmaq məqsədi daşıyan bir hərəkətdir”.
O əlavə edib ki, Türkiyə Fələstinə bütün imkanları, bütün gücü ilə dəstəkləməyə davam edəcək.