İran HƏMAS liderinin Tehranda öldürülməsinə MÜNASİBƏT BİLDİRDİ
Dünya
10:21 / 31.07.2024
9739
İran Xarici İşlər Nazirliyi (XİN) HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə münasibət bildirib.
Sfera.az xəbər verir ki, bu barədə İran XİN-dən bildirilib.
Qeyd olunub ki, Tehran bu hadisənin təfərrüatlarını və aspektlərini araşdırmaqda davam edir.
Vurğulanıb ki, İ.Haniyənin ölümü İran və Fələstin arasında dərin və ayrılmaz əlaqələri daha da möhkəmləndirəcək.
Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezaşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.