Bakıda gəmi yandı - Xəsarət alan var + YENİLƏNDİ

Bakıda gəmi yandı - Xəsarət alan var + YENİLƏNDİ

08:40

 

Bakıda gəmidə yanğın olub.

 

Sfera.az xəbər verir ki, hadisə "Qərbi çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərikindən başlayıb.

 

Hadisə baş verən gəmidə olan şəxslər digər gəmi vasitəsilə təxliyə edilib. Gəminin mexanikinin yanıq xəsarətləri aldığı bildirilir. (APA)

 

***

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

 

FHN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

 

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.

 

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR

Alimlər xərçəngə qarşı peyvənd ixtira etdi

Milli Tayvan Universitetindən olan alim qrupu induksiya olunmuş plüripotent kök hüceyrələri əsasında siçanlarda bağırsaq xərçənginin qarşısını uğurla almış və o...

Pedofillərin qurbanları: Onları necə qoruyaq?

Cəmiyyətin təhlükəsizliyi və uşaqların qorunması hər birimizin üzərinə düşən mühüm məsuliyyətdir. Son dövrlərdə pedofiliya halları ilə bağlı məlumatların artmas...

“Bolt” da Zəngəzur dəhlizini “açdı”: Gedişhaqqı bilindi – FOTO

“Bolt” taksi şirkətinin tətbiqində Bakıdan Naxçıvan Muxtar Respublikasına avtomobillə səfərlər üçün yol əks olunub.   Sfera.az “Glo...

Trampın bu qərarı elm aləmində ciddi narazılıq yaratdı

Donald Tramp NASA-nın iqlim dəyişikliyi ilə bağlı həyati məlumatlar toplayan iki peyk missiyasının dayandırılması üçün plan hazırlanması tapşırılıb.  ...

İlham Əliyev onu təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Yamaykanın Baş naziri Endryu Holnessə təbrik məktubu ünvanlayıb.   Sfera.az-ın məlumatına görə, mətndə deyilir: ...

Azərbaycanın dövlətçilik tarixi: Elm və mədəniyyətinin təbliği

Azərbaycan, qədim dövlətçilik ənənələrinə malik, zəngin mədəni irsi və dərin elmi potensialı olan bir ölkədir. Bu coğrafiyada formalaşan sivilizasiyalar təkcə r...