ABŞ İran və Çinin 12 vətəndaşına qarşı sanksiya tətbiq etdi
Dünya
20:41 / 30.07.2024
878
ABŞ Maliyyə Nazirliyi İran və Çindən olan 5 fiziki və 7 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, sanksiya tətbiq edilən şəxslər İranın ballistik raketləri üçün komponentlərin alınmasına yardım edənlərdir.
“Onlar İranın ballistik raket və pilotsuz uçuş aparatları proqramının əsas elementləri olan müxtəlif komponentlər, o cümlədən akselerometrlər və giroskoplar alıblar”, - məlumatda deyilir.
Sanksiya siyahısına salınması ABŞ-də aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan olunmasını nəzərdə tutur.