"Qarabağ"dan BÖYÜK QƏLƏBƏ


"Qarabağ"dan BÖYÜK QƏLƏBƏ

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) matçının start heyətləri açıqlanıb.

 

Sfera.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov ilk oyundakı start heyətinə şans verib.

 

Tofiq Bəhramov adına Respublika stadionuna keçiriləcək matç saat 20:00-da başlayacaq.

 

Komandalar aşağıdakı heyətlə çıxacaqlar:

 

Qarabağ: Fabian Buntiç, Marko Veşoviç, Bəhlul Mustafazadə, Kevin Medina, Toral Bayramov, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

 

Linkoln: Santana, İbrahim Ayyu, Bernardo Lopes, Munyos, Sergent, Nano, Yahaya, Torrilla, Valarino, Pedro Martin, Britto.

 

***

 

Bakı vaxtı ilə saat 20:00-da "Qarabağ" - "Linkoln" matçı start götürüb.

 

“Qarabağ” hesabı açır. 17-ci dəqiqədə Olaviyo Juninyo fərqlənir.

 

***

 

Olaviyo Juninyo 31-ci dəqiqədə dubl edir. “Qarabağ” - “Linkoln” 2:0

 

***

 

 

44-cü dəqiqədə Juninyo 3-cü qola imza atıb: 3 - 0

 

***

66-cı dəqiqədə Benzia 4-cü qola imza atıb: 4 - 0

 

****

 

 

72-ci dəqiqədə Andredə növbəti dəfə rəqibi məyus edib: 5 - 0

 

***

 

 

Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

"Qarabağ" bu raundda "Ludoqorets" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. İlk matçda "Ludoqorets" qələbə qazanıb - 2:0.

 


OXŞAR XƏBƏRLƏR