Din xadimləri üçün təlimlər KEÇİRİLƏCƏK

Din xadimləri üçün təlimlər KEÇİRİLƏCƏK

Din xadimlərinin ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə təlimlər keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov imam kimi fəaliyyət göstərən ilahiyyatçı alimlərlə görüşündə açıqlayıb.

 

Komitə sədri görüşdə dövlət tərəfindən milli-mənəvi dəyərlərin, tolerant mühitin qorunub-saxlanılmasına, dini abidələrin təmir və bərpasına göstərilən həssas münasibətə diqqət çəkib. Bildirib ki, qarşıda duran əsas hədəf və məqsədlərdən biri bu ənənəni yaşatmaq və gələcək nəsillərə çatdırmaqdır:

 

"Milli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında, maarifləndirmə işinin yüksək səviyyədə həyata keçirilməsində din xadimlərinin, xüsusilə ilahiyyatçı alimlərin üzərinə böyük vəzifə düşür. Onların ali və ya orta dini ixtisas təhsilli, yüksək dünyagörüşünə malik, Azərbaycançılıq ideologiyasına bağlı olmaları olduqca önəmli məqamdır".

 

R.Məmmədov Azərbaycan İlahiyyat İnstitutunda İslamda vəhdəti təbliğ və təşviq edən, məzhəb ayrı-seçkiliyinə yol verməyən milli kadrların hazırlanmasını, eyni zamanda din xadimlərinin müsahibə yolu ilə seçilərək fəaliyyət göstərmələrini bu sahədə mühüm addım kimi dəyərləndirib. Bütün bunların nəticəsində cəmiyyətdə din xadimləri barədə formalaşan stereotiplərin dəyişilməsinə baxmayaraq, hələ də din xadimlərinin ümumi hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərə ehtiyac olduğunu və bu səbəbdən Dövlət Komitəsi tərəfindən təlimlərin keçiriləcəyini deyib.

 

Qeyd edək ki, görüşdə iştirak edən ilahiyyatçı alimlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibədə uğur qazanaraq Yasamal rayonu “İlahiyyat”, “Hacı Cavad”, Xəzər rayonu “Qala” və Abşeron rayonu Xırdalan şəhər məscidlərində imam kimi fəaliyyət göstərirlər.


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...