Dünya dövlətləri Fransanın bu əməlinə seyrçi qalmamalıdır

Dünya dövlətləri Fransanın bu əməlinə seyrçi qalmamalıdır

Bu gün bütün dünya Fransada olimpiada oyunları zamanı baş verən utancverici hadisələri müzakirə etməkdədir. Fransanın sözügedən mötəbər tədbiri siyasiləşdirməsi, cinsi azlıqları təbliğ etməsi, xristianlığa, onun böyük şəxsiyyətlərinə hörmətsiz münasibət nümayiş etdirməsi haqlı olaraq bütün dünyada hiddət doğurub.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

"Biz artıq dəfələrlə Fransanın İslama və müsəlmanlara qarşı dözümsüz münasibətinin şahidi olmuşuq. Bu ölkədə davamlı olaraq İslama və müsəlmanlara qarşı müxtəlif məkrli addımlar atılıb, Məhəmməd Peyğəmbərin karikaturası çəkilib, müsəlmanların inanclarına toxuna biləcək digər addımlar da atılıb. Lakin bu dəfə dünya Fransanın təkcə İslama və müsəlmanlara qarşı deyil, xristianlığa və İsa Peyğəmbərə qarşı da dözümsüz və alçaldıcı münasibətinin şahidi oldu”.

 

Deputat qeyd edib ki, bu isə Fransanın növbəti dəfə dini dözümsüzlük nümayiş etdirərək olimpiadanı öz çirkin niyyətlərini həyata keçirmək üçün fürsətə çevirməsi anlamına gəlir.

 

“Fransa təəssüf ki, eyni münasibəti Azərbaycana qarşı da sərgilədi, ölkəmizi Ermənistana qarşı təcavüzdə günahlandırmağa cəhd etdi. Görün dünya nə günə qalıb ki, Afrikanı dağıdan, yeraltı və yerüstü sərvətlərini talayan, azsaylı xalqların hüquqların pozan Fransa Azərbaycanı təcavüzdə günahlandırır. Yaxşı olardı, Fransa güzgüdə özünə baxsın. Hansı günə qaldığını görsün. Paris Olimpiadasının açılış mərasimində İsa Peyğəmbər və onun həvarilərinin hörmətdən salınması, onların o dövrdəki görüş mərasimlərinə bənzər təqdimatın hazırlanması Fransanın xristianlara qarşı təhqiramiz münasibətini açıq ortaya qoyur. Bütün bunlarla yanaşı, Fransa burada qeyri-ənənəvi nikahları təbliğ edən nümayişkaranə davranış sərgiləyir ki, bu da əksər dünya ölkələri tərəfindən birmənalı qəbul olunmur. Bütün dünya bu məsələyə kəskin münasibət bildirməli, Fransanın bu əməlini qətiyyətlə qınamalıdır. Hətta xristian dünyası bu proseslərin önündə gəlməli, Roma-Katolik kilsəsi və digər xristian kilsələri bu məsələyə qəti şəkildə reaksiya verməlidirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...

Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü münasibətilə paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər veri...

Polkovnik Etibar Məhərrəmov yüksək vəzifəyə təyin olundu

Əlahiddə Ümumqoşun Ordusu Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.   Sfera.az-ın məlumata görə, müvafiq əmrə əsasə...

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...