Paris-2024: "Azərbaycan avarçəkəni medal şansını itirib"

Paris-2024: "Azərbaycan avarçəkəni medal şansını itirib"

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

 

Sfera.az-ın turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.

 

Finişə 7 dəqiqə 53,76 saniyəyə çatan Dımçenko altı idmançı arasında dördüncü yeri tutub.

 

Bununla da olimpiyaçımız C/D yarımfinalına yüksəlib. 1/4 final mərhələsində ilk üç yerin sahibi A/B, digər üç olimpiyaçı C/D yarımfinalına vəsiqə qazanıb. Təmsilçimiz 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulacaq.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


OXŞAR XƏBƏRLƏR