Peşəkar Futbol Liqası yeni himnini təqdim etdi - VİDEO

Peşəkar Futbol Liqası yeni himnini təqdim etdi - VİDEO

Peşəkar Futbol Liqasının yeni himni hazırlanıb.

 

Sfera.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, himnin sözləri Cavid Şahbazbəyova, musiqisi İsa Məlikova aiddir. Milyonlarla ürəyə yol tapmış futbolu, ona sevgini özündə ehtiva edən himndə azarkeşlərin hiss və həyəcanı, futbolda azarkeş-oyunçu vəhdəti kimi ideyalar ifadə olunub.

 

Himnin bəstəkarı İsa Məlikov təəssüratlarını bölüşüb: “PFL-in himnini yazmaq kimi məsuliyyətli bir işin mənə həvalə olunmasına sevindim və fəxr etdim. Belə etimada görə PFL rəhbərliyinə və onun bütün komandasına təşəkkür edirəm. Bu layihə üzərində işləmək həqiqətən gözəl idi. Əminəm ki, bu himnin sədaları altında futbolçularımız parlaq qələbələr nümayiş etdirəcəklər”.

 

Himnin sözlərinin müəllifi Cavid Şahbazbəyov futbol azarkeşi olmasının ona əlavə ruh verdiyini, yeni əsərinin yeni uğurlara çağırış olacağına ümidini ifadə edib:

 

“Himndə vermək istədiyim əsas ideya futbolun azarkeşlər üçün oynanılmağı, bu səbəbdən də oyunçu və fanatların matç ərzində nəbzinin bir vurmağıdır. Əsas istək azarkeşlərin tribunada komandasını dəstəkləməsi, futbolçuların isə meydançada qələbə üçün can qoymasıdır. İnanıram ki, Azərbaycan futboluna maraq artmağa davam edəcək, insanlarımız asudə vaxtlarını stadionda keçirəcək. Bu layihədə iştirakla bağlı təklif alanda çox sevindim, çünki futbolu sevirəm. Uşaqlıqdan futbolla məşğul olmuşam, oynamışam, azarkeşi olmuşam. Buna görə də futbol azarkeşləri, camiəsi üçün bu sevgini şeiriyyata tökmək çox həyəcanverici, eyni zamanda məsuliyyətli vəzifə idi. Layihəni şair kimi yaradıcılığıma böyük bir çağırış olaraq gördüyüm üçün çox böyük məmnuniyyətlə təklifi qəbul etdim. Bir azarkeş, futbolu sevən şəxs, Azərbaycan vətəndaşı olaraq çox xoşbəxtəm ki, bu işdə az da olsa mənim də əziyyətim var. Himni hər dəfə stadionda eşitmək mənim üçün qürurverici, eyni zamanda ikiqat bayram olacaq”.

 

Qeyd edək ki, himn stadionların infrastrukturuna əsasən, futbolçuların meydançaya çıxma məsafəsindən asılı olaraq 3 ölçüdə tərtib olunub.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...

Tərəvəz bahalaşması rekord qırır: Son 10 ilin qiymət dəyişikliyi

Azərbaycanda 2015-ci ildən sonra dəyəri ən çox artan ərzaq məhsulu tərəvəzlər olub.  2015-ci illə müqayisədə 2024-cü ildə tərəvəzlərin qiyməti orta he...