İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 165-ə ÇATDI

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı 165-ə ÇATDI

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) sayı 140-dan 165-ə qədər artırıb.

 

Bu barədə Sfera.az-a agentlikdən məlumat verilib.

 

Qeyd edək ki, müqaviləli tibb müəssisələrinin fəaliyyət göstərdikləri şəhər və rayonlar sırasında Bakı, Gəncə və Sumqayıt ilə yanaşı, Abşeron, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Şamaxı, Qəbələ, Şəki, Zaqatala, Goranboy, Şəmkir, Tovuz, Mingəçevir, Bərdə, Kürdəmir, Sabirabad, İmişli, Şirvan, Salyan, Biləsuvar, Masallı və Lənkəran da var.

 

Sözügedən tibb müəssisələrinin 79 %-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 21%-i isə regionların payına düşür.

 

Bu ilin yanvar-may ayları üzrə göndəriş alan vətəndaşlara müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 71 476 tibbi xidmət göstərilib. Bu xidmətlərin 1 043-dən uşaqlar, 70 433-dən böyüklər yararlanıb. Sözügedən xidmətlər əsasən invaziv radioloji, ürək-damar, oftalmoloji, otorinolarinqoloji (LOR), neyrocərrahi ixtisasları əhatə edib.

 

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 3315 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutunda istifadə edə bilərlər. Dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı tibb müəssisələrinə göndəriş verilir. Göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlər ödənişsiz göstərilir.

 

Qeyd edək ki, tibbi xidmətlər gözləmə müddəti ərzində həyata keçirilir. İxtisaslı ambulator xidmət və instrumental diaqnostik müayinələr üçün göndəriş verildiyi tarixdən 14 gün, planlı stasionar tibbi yardım üçün 20 gündən gec olmayaraq göstərilir. Vətəndaş göndəriş vərəqəsi olmadan müqaviləli tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır.

 

Agentliyin müqavilə bağladığı tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri qurumun rəsmi internet səhifəsində (//its.gov.az/page) yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR

Müdiri ilə mübahisə etdikdən sonra 30 il ərzində şiddətli depressiyaya düşüb

Çinin Henan əyalətindən olan Vanq adlı 70 yaşlı kişi müdirinin haqsız yerə töhmətinə məruz qaldıqdan sonra illərlə depressiya və yuxusuzluqdan əziyyət çəkib. Bu...

Bu dərmanlar əqli pozğunluğu azaldır - ARAŞDIRMA

Ürək-damar xəstəlikləri üçün dərmanlar demensiya riskini azalda bilər.    Sfera.az xəbər verir ki, bu barədə Alzheimer's & Dementia jurn...

300 qəzəbli meymun qaçaraq polis bölməsinə hücum etdi - FOTO

Tailandda 300 meymun polis idarəsinə hücum edib.    Sfera.az bildirir ki, hadisə noyabrın 16-da Lopburidə baş verib. 300-ə yaxın aqressiv meymun...

Hikmət Hacıyev “Politico”nun qərəzli məqaləsini inkar etdi: “Dezinformasiyadır"

"Politico”nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir” dezinformasiyanın çirkin nümunəsindən başqa...

Karolin Levitt: Tramp sülhü bərpa edəcək

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dünyada sülhü bərpa etməyə çalışacaq.    Sfera.az xəbər verir ki, bu barədə Trampın seçki kampaniy...

İsrail Livana hava zərbələri endirdi: 50-yə yaxın ölən var

İsrailin Livanın şərqindəki Baalbek şəhəri yaxınlığındakı bir neçə qəsəbəyə endirdiyi aviazərbələr nəticəsində azı 47 nəfər həlak olub.   Sfera.az xə...