İngiltərədə məktəbə bıçaqla HÜCUM EDİLDİ - Ölənlər var

Hadisə
11:26 / 30.07.2024
2118
İngiltərənin Southport bölgəsində rəqs məktəbinə bıçaqlı hücum olub. Hücum nəticəsində 2 uşaq ölüb, 9 nəfər isə yaralanıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, hücum edən 17 yaşlı gənc olub. Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb edilib.
Qeyd edək ki, məktəbə hücum edən şəxs polis tərəfindən saxlanılıb.
Ülkər Abdurahmanlı