Zimbabvenin 92 yaşlı lideri yenidən prezident olmaq istəyir

Zimbabvenin 92 yaşlı lideri yenidən prezident olmaq istəyir
 
Zimbabvenin 92 yaşlı lideri yenidən prezident olmaq istəyir Zimbabvenin hakim partiyası ölkə lideri Robert Muqabenin növbəti dəfə prezident seçilməsini istəyir. «Associated Press»in məlumatına görə, 92 yaşlı Muqabenin namizədliyi artıq irəli sürülüb. Zimbabvedə növbəti prezident seçkiləri 2018-ci ildə keçiriləcək. Hakim partiyanın icraçı katibi İqnatius Çombo Muqabenin idarəçiliyini müdriklik və birliyin nümunəsi kimi qiymətləndirib. Muqabe Zimbabveni 80-ci ildən idarə edir. Bu vaxta qədər keçirilən seçkilərdə pozuntular və müxalifətin etirazları olsa da, Muqabenin qələbəsi hər dəfə rəsmiləşib. Muqabe özü dəfələrlə bəyan edib ki, ölkəni ölənə qədər idarə etməyə hazırdır. O, yalnız partiyanın qərarı olacağı təqdirdə, istefaya gedə biləcəyini deyib. Zimbabve dünyanın yoxsul ölkələrindən biridir. Ölkə ağır iqtisadi böhran yaşayır. Muqabe ölkədə diktatura rejimi qurmaqda və müxalifətə qarşı repressiyalarda ittiham edilir.

OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...