Gövhər Rzayevanın qoluna mil taxılıb
Maqazin
19:20 / 29.07.2024
4532
Xəbər verdiyimiz kimi, Əməkdar artist Gövhər Rzayeva ötən il Qətərdə istirahətdə olarkən yıxılaraq qolunu zədələmiş və xəstəxanaya yerləşdirilmişdi.
Sfera.az xəbər verir ki, "Xəzər axşamı" proqramında qonaq olan sənətçi qoluna mil taxıldığını bildirib:
"Bu gün qolum üçün müayinəyə getmişdim. Bir ildən sonra qolumdan mili çıxaracaqlar. Hava dəyişəndə qolum sızlayır. Olacaqla, öləcəyə çarə yoxdur. Bu, olmalı idi. Allah həmişə sevdiyi bəndəsinə əziyyət verir. Bu günümüzə də şükür".