Netanyahu Hizbullah"a xəbərdarlıq edib: "Cavabımız sərt olacaq"
İsrail Baş naziri Benyamin Netanyahu Livanla sərhəddəki Colan Təpəliklərinə gedib.
Sfera.az "Jerusalem Post"a istinadən xəbər verir ki, Baş nazir Netanyahu beynəlxalq ictimaiyyətin İsrailin təmkinli olması çağırışları fonunda "Hizbullah"ın 12 uşağın ölümü ilə nəticələnən zərbəsinə sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.
"Hizbullah" İranın dəstəyi ilə buraya İran raketi atdı və bu raket 12 pak ruhun həyatına son qoydu. Burada futbol oynayan 12 oğlan və qız təəssüf ki, sığınacağa gedə bilməyib. Bu ağır faciədən ürək parçalanır. Biz əzab çəkən ailələrin yanındayıq. Bu uşaqlar bizim övladlarımızdır, onlar hamımızın övladlarıdır. İsrail bunu cavabsız qoymayacaq və qoya da bilməz. Bizim cavabımız gələcək və sərt olacaq", - deyə Netanyahu Colan Təpələrində druzların məskunlaşdığı Məcdəl Şəms kəndinə səfəri zamanı deyib.