İtaliyalı şirkət rəhbəri: “Sumqayıtda nəhəng metallurgiya klasteri yaranacaq” - YENİLƏNİB

İtaliyalı şirkət rəhbəri: “Sumqayıtda nəhəng metallurgiya klasteri yaranacaq” - YENİLƏNİB
Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın "Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedettini qəbul edib.
 
APA-nın məlumatına görə, İtaliyanın "Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti Heydər Əliyevin Azərbaycanda metallurgiya sənayesinin inkişafına göstərdiyi böyük diqqəti məmnunluqla xatırlayıb.
 
O, Bakıda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib. G. Benedetti Azərbaycanda metallurgiya sənayesi ilə bağlı planlaşdırılan birgə layihələr barədə prezident İlham Əliyevə məlumat verib. Qonaq bildirib ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində 5 iri metallurgiya zavodunu özündə birləşdirən nəhəng metallurgiya klasteri yaranacaq. Bu klasterlərin yaranması Daşkəsən filizsaflaşdırma müəssisəsinin də tam gücü ilə işləməsinə şərait yaradacaq və Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər vahid dəyər zəncirinin yaranmasını təmin edəcək. G. Benedetti onu da bildirib ki, bütün bu layihələrin özəl investisiya olaraq investorlar və Avropanın aidiyyəti bankları tərəfindən maliyyəşdirilməsi nəzərdə tutulur.
 
Azərbaycanda sahibkarlar üçün gözəl şəraitin mövcud olduğunu deyən dövlət başçısı ölkəmizin xarici investorların cəlb edilməsində maraqlı olduğunu bildirib. Prezident İlham Əliyev investorların və bütün sahibkarların maraqlarının qorunması üçün zəruri tədbirlərin dövlət tərəfindən bundan sonra da görüləcəyini deyib.
 
*** 16.03
 
Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın "Danieli & C. Officine Meccaniche S.p.A” şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedettini qəbul edib.
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir. 

OXŞAR XƏBƏRLƏR

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...

Xankəndidə yaşanan tarixi gün CNN TÜRKDƏ Tural Müseyibovla

“CNN Türk” kanalında Xankəndidə keçirilən İƏT-in 17-ci zirvə toplantısı müzakirə edilib.    Sfera.az xəbər verir ki, Türkiyənin &ldq...

Türkiyədə bələdiyyə sədri və bir neçə nəfər korrupsiya əməliyyatı ilə saxlanılıb

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda bələdiyyə idarəsində korrupsiya ilə bağlı əməliyyat keçirilib.     Sfera.az xəbər verir ki, b...

Xankəndidə Ərdoğanla Şahbaz Şərif arasındaGÖRÜŞ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə görüşüb.   Sfera.az xəbər verir ki, görüş İqtisadi Əməkdaş...