Azərbaycanda işçinin iş yerinə dair elektron arayış əldə etməsi proseduru müəyyənləşib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "İş yerinə dair arayışın verilməsi üzrə inzibati reqlament”i təsdiq edib.
APA-nın məlumatına görə, reqlament dekabrın 13-dən qüvvəyə minib.
Reqlamentə əsasən www. e-mlspp.gov.az, www.e-eesmn.gov.az, www.e=gov.az internet ünvanlarında təqdim edilən elektron xidmət işçi tərəfindən iş yerinə dair arayışın formalaşdırılmasını və əldə edilməsini nəzərdə tutur.
Elektron xidmətdən istifadə üçün istifadəçi www. e-mlspp.gov.az, www.e-eesmn.gov.az, www.e=gov.az internet ünvanlarından birinə daxil olur, portalın mövcud autentifikasiya vasitələrindən istifadə etməklə "İş yerinə dair arayışın verilməsi” elektron xidmətini seçir, özü barədə iş yerinə dair arayışı formalaşdırır. İstifadəçi prosedurlara uyğun məlumatları tam doldurduqda elektron informasiya-sistem tərəfindən sorğu qəbul olunur və iş yerinə dair arayışı bu sistemdən real vaxt rejimində əldə edir. İstifadəçi prosedurları keçmədikdə və ya səhv keçdikdə, həmçinin məlumatları tam daxil etmədikdə sorğu qəbul olunmur. Elektron xidmət tam avtomatlaşdırıldığından hər hansı inzibati əməliyyat mövcud deyil. Elektron xidmətin göstərilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət daşıyır. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun elektron informasiya sistemində emalı müddətindən asılıdır. İstifadəçi müvafiq autentifikasiya vasitəsindən istifadə etməklə xidmətə daxil olduqda onun barəsində elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri ekranda əks olunur. Bu bildirişlərdən hər hansı biri seçilməklə sorğu verildikdə seçilmiş əmək müqaviləsi bildirişinə uyğun olaraq iş yeri, vəzifəsi (peşəsi), əmək müqaviləsinin bağlandığı tarix və müddəti, aylıq əmək haqqı ilə bağlı məlumatlar əsasında formalaşdırılmış iş yerinə dair arayış təqdim olunur.
İş yerindən arayış
№ Tarix:
İşəgötürən barədə məlumatlar
İşəgötürənin tam adı: Əlaqə telefonları:
İşçi barədə məlumat
İş yeri barədə məlumat İş yerinin adı: İşçinin vəzifəsinin (peşəsinin adı):
Digər məlumatlar
Əmək müqaviləsinin bağlandığı tarix: Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:
Arayışın təyinatı
Təyinatı: Digər
Əlavə məlumatlar
Arayış əmək müqaviləsi bildirişi üzrə hazırlanmışdır Arayışın etibarlılıq müddəti:
*Ştrix kodlar arayışın sistem nömrəsini əks etdirir Elektron sənədin doğruluğunu www.e-gov.az portalında "İş yerinə dair arayış” xidməti vasitəsi ilə yoxlaya bilərsiz |
Əmək haqqı göstərilməklə iş yerindən arayış № Tarix:
İşəgötürən barədə məlumatlar
İşəgötürənin tam adı: Əlaqə telefonları:
İşçi barədə məlumat
İş yeri barədə məlumat İş yerinin adı: İşçinin vəzifəsinin (peşəsinin adı):
Digər məlumatlar
Əmək müqaviləsinin bağlandığı tarix: Müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix:
İşçinin aylıq əmək haqqının məbləği (manatla)
Arayışın təyinatı
Təyinatı: Digər
Əlavə məlumatlar
Arayış əmək müqaviləsi bildirişi üzrə hazırlanmışdır Arayışın etibarlılıq müddəti: *Ştrix kodlar arayışın sistem nömrəsini əks etdirir Elektron sənədin doğruluğunu www.e-gov.az portalında "İş yerinə dair arayış” xidməti vasitəsi ilə yoxlaya bilərsiz
|