Səfirliyimizə qarşı təxribata çağıran Robinson HƏBS EDİLDİ
Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə qarşı dəfələrlə təxribat və aksiyaya çağıran britaniyalı jurnalist Tommi Robinson həbs edilib.
Sfera.az xəbər verir ki, bu barədə onun “X” hesabında məlumat verilib.
41 yaşlı jurnalist terrorçuluq ittihamı ilə həbs edilib.
“The Guardian”ın məlumatına görə, o, Londonun mərkəzində böyük nümayiş təşkil etdikdən bir gün sonra Kent qraflığında həbs edilib. Bildirilir ki, Robinsonun təşkil etdiyi tədbir çərçivəsində şənbə günü minlərlə insan şəhərdə yürüş keçirib.
Qeyd edək ki, əsl adı Stiven Yaksli-Lennon olan Tommi Robinson dəfələrlə Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə qarşı təxribata çağırıb, yerli erməni və ermənipərəst təşkilatları dəstəkləyib. O, bu ilin mayın 25-də Londonda yaşayan islamafob və irqçi qüvvələrin “Holland Park” ərazisində yerləşən Azərbaycanın Londondakı Səfirliyinin binası qarşısında keçirdiyi aksiyalara dəstək olub, öz tərəfdarlarını bu akiyalarda iştirak etməyə çağırıb.