Qərb bölgəsində leysan növbəti fəsadlar törətdi

Qərb bölgəsində leysan növbəti fəsadlar törətdi

Qərb bölgəsində günlərdir müşahidə olunan yağıntılı hava şəraiti növbəti fəsadlara səbəb olub.

 

Sfera.az-ın Report-a istinadən məlumatına görə, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən və Göygöl rayonlarında leysan selə səbəb olub.

 

Sel suları ucqar kənd yollarına zərər vurub. Çaylar daşıb, sahələrə su dolub, əkin və biçənəklərə ziyan dəyib. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

 

Xatırladaq ki, dağlıq rayonlarla yanaşı, Gəncə şəhərində də leysan fəsadlarla səbəb olub, 30-a yaxın fərdi evin həyətinə yağış suları dolub, yollarda piyadaların və avtomobillərin hərəkətində qismən çətinlik yaranıb.

 

Bölgədə digər çaylarla yanaşı, Gəncəçay çayında da aramsız yağan yağışlar nəticəsində suyun səviyyəsi artıb.

 

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.


OXŞAR XƏBƏRLƏR

Polkovnik Rauf Əsədov vəfat etdi – O, məşhur müğənninin qardaşıdır

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının komandiri, polkovnik Rauf Əsədov dünyasını dəyişib. Sfera.az xəbər verir ki, bu barədə tanınm...

114 milyonluq ƏDV qaytarıldı

Bu ilin 7 ayında xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax...

Onlayn bilet al, Qarabağa icazə əldə et ! - Nazirliklikdən yeni qaydalar

Bu gündən Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üç...

Bitməyən cinayətlər - "Onlar tədbir görməlidir"

Ölkədə bıçaqla törədilən cinayətlərin sayı artmaqda davam edir. Demək olar ki, hər gün bu qəbildən yeni bir hadisə qeydə alınır. Məişət zəminində baş verən müba...

Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib

Rusiya tərəfindən ölkənin qaz təminatı infrastrukturuna edilən hücumu Ukrayna təsdiqləyib.   Sfera.az xəbər verir ki, bununla bağlı Ukrayna Energetik...

Yeni virus yayılır - Pandemiya tədbirləri başladı

Çində ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusunun sürətli yayılması səbəbindən hökumət COVID-19 pandemiyası dövrünə bənzər profilaktik tədbirlər həyata...