Oğuzda ağaca çırpılan maşın PARÇALANDI - sürücü ağır yaralanıb - FOTO

Oğuzda ağaca çırpılan maşın PARÇALANDI - sürücü ağır yaralanıb - FOTO

Oğuzda minik avtomobili ağaca çırpılıb, sürücü ağır xəsarət alıb.

 

Sfera.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Oğuz rayon sakini 34 yaşlı Nicat Əlövsət oğlu Məmmədəliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan N. Məmmədəliyev Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. N. Məmmədəliyevə ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Şəki rayon Mərkəzi

 

Xəstəxanasına göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Məqaləyə dair fotomateriallar:


OXŞAR XƏBƏRLƏR