"İnter" niderlandlı müdafiəçinin razılığını alıb

"İnter" niderlandlı müdafiəçinin razılığını alıb

Niderlandlı futbolçu Denzel Dumfris "İnter"i tərk etməyəcək.

 

Sfera.az İdman.biz-ə istinadən xəbər verir ki, o, komanda ilə yeni müqavilənin detallarını razılaşdırıb.

 

Dumfris Milan klubu ilə 2028-ci ilin yayına kimi müqavilə imzalayacaq. O, yenə şərtlərə görə illik 4 milyon avro qazanacaq.

 

Qeyd edək ki, niderlandlı müdafiəçi "Mançester Yunayted"in maraq dairəsinə düşüb. Bu səbəbdən "İnter" Denzellə gələn il bitəcək müqaviləni yeniləmək qərarına gəlib.


OXŞAR XƏBƏRLƏR