İlham Əliyev Qazaxıstan və Bəhreynin dövlət başçılarını təbrik edib

İlham Əliyev Qazaxıstan və Bəhreynin dövlət başçılarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidentini və Bəhreyn Kralını təbrik edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Qazaxıstan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

Ötən 25 il ərzində Qazaxıstan dinamik inkişaf yolu keçərək bütün sahələrdə, o cümlədən sosial sabitlik və vətəndaşlarının rifahının yüksəldilməsi, iqtisadiyyatın inkişafı sahələrində gözəl nailiyyətlər əldə etmişdir. Ölkəniz Sizin rəhbərliyiniz altında beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi ilə dünyada böyük nüfuz qazanmışdır.

Əminəm ki, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan Azərbaycan-Qazaxıstan münasibətlərinin xoş ənənələri, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş sıx və səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Hörmətli Nursultan Abişeviç, belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Dövlət başçısı Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifəyə də təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Əlahəzrət, Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Bəhreyn arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram".


OXŞAR XƏBƏRLƏR

Bu qidalar ağciyər xərçəngi riskini artırır - Adlar

ABŞ-də qidaların insan orqanizminə təsirini öyrənmək üçün aparılan genişmiqyaslı bir araşdırmada 100 mindən çox insan təxminən 10 il ərzində izlənilib.  ...

DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb...

Avrasiyanın ən aktiv vulkanı oyanır - FOTO

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.   S...

ABŞ İrana ciddi zərbə endirəcək - AÇIQLAMA

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkə...

Avqustda qeyri-sabit hava şəraiti GÖZLƏNİLİR

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.   Sfe...

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil re...