Olimpiadaya getmək üçün barmağını kəsdirdi - FOTO

Olimpiadaya getmək üçün barmağını kəsdirdi - FOTO

Avstraliyalı otüstü xokkeyçi Mett Dousonun etdiyi hərəkət idman ictimaiyyətini şoka salıb.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, idmançı yarışa qatıla bilmək üçün barmağını kəsdirib.

 

Belə ki, "Paris 2024"də iştirak etmək istəyən 30 yaşlı idmançı iki həftə əvvəl Pertdə məşq zamanı sağ əlinin barmağını sındırıb. Həkimlər sınmış barmağın sağalmasının aylar çəkə biləcəyini bildirdikdən sonra Douson hər kəsi şoka salan bir hərəkət edib və sınıq barmağının yuxarı hissəsini oynaqdan kəsdirib.

 

"Bu, mənim son olimpiadam ola bilər və qarşılığında barmağımı kəsdirməliyəmsə, mən də bunu edəcəyəm", - o, deyib.

 

Digər tərəfdən, Douson zədəsindən sonra paltardəyişmə otağında barmağını görəndə huşunu itirib. O bildirib ki, əməliyyatdan sonra uzun sağalma müddətinə baxmayaraq, barmağının tam funksiyasını bərpa edilə bilməyəcək. Oyunçu zədəsinin 16-cı günündən sonra Argentina ilə oyunda komandası ilə birlikdə meydanda olacaq.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

"Trampın təzyiqi müharibəni sonlandırmayacaq"- Çin rəsmisi

Pekin ABŞ-nin Rusiya əleyhinə tətbiq etdiyi sanksiyaların Ukrayna münaqişəsinin həllinə töhfə vermədiyini bəyan edib.    Sfera.az xarici KİV-ə i...

Prezident: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir

Prezident İlham Əliyev Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.   Sfera.az...

Dünyanın ən etibarlı avtomobil markaları - Adlar

Qlobal markaların gücünü və dəyərini qiymətləndirən araşdırma şirkəti "Branddirectory" dünyanın ən etibarlı səkkiz avtomobil markasının adını açıqlanı...

Trampın sərt ritorikası Azərbayacana da işləyəcək? - RƏY

Donald Tramp ABŞ-nin Rusiyaya qarşı sanksiyaları kəskinləşdirəcəyini elan edib, xüsusilə Rusiyanın ticarət tərəfdaşlarına “ikinci dərəcəli” sanksiya...

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 55 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.   Sfera.az məktubun mətnini təqdim edir: &...