Daha bir cərimə növü artırılır - Bu dəfə müalicələrlə bağlı

Daha bir cərimə növü artırılır -  Bu dəfə müalicələrlə bağlı

Azərbaycanda tətbiqinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına görə 2 min manatadək cərimə tətbiq ediləcək.

Sfera.az xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, yeni hazırlanan İnzibati Xətalar Məclləsi layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilməyən müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodlarının reklamına görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.

Yeni layihədə həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklam edilməsinə görə cərimələrin məbləği də artırılır. Hazırda bu hala görə vəzifəli şəxslər 90 manat, hüquqi şəxslər 300 manat cərimə edilir. Yeni layihədə isə həkim resepti əsasında buraxılan dərman vasitələrinin reklamına görə də vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək cərimə ediləcəklər.


OXŞAR XƏBƏRLƏR

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edildi

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i "Aeroflot...

Əsgərimiz vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat edib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 2...

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

 “Karabakh-Pakistan” şirkəti ilə  Pakistanın ən böyük iqtisadiyyatına malik olan və milli ÜDM-ə ən çox töhfə verən Pəncab əyalətinin Sənay...

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...