İlham Əliyev: "İnvestor və sahibkarların maraqlarının qorunması üçün bundan sonra da zəruri tədbirlər görüləcək" - FOTO

İlham Əliyev:

17:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də İtaliyanın "Danieli & C. Officine Meccaniche S.p.A" şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedettini qəbul edib.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, İtaliyanın "Danieli & C. Officine Meccaniche S.p.A" şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedetti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda metallurgiya sənayesinin inkişafına göstərdiyi böyük diqqəti məmnunluqla xatırladı. O, Bakıda gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Gianpietro Benedetti Azərbaycanda metallurgiya sənayesi ilə bağlı planlaşdırılan birgə layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi. Qonaq bildirdi ki, bu layihələrin həyata keçirilməsi nəticəsində Sumqayıt şəhərində 5 iri metallurgiya zavodunu özündə birləşdirən nəhəng metallurgiya klasteri yaranacaq. Bu klasterlərin yaranması Daşkəsən filizsaflaşdırma müəssisəsinin də tam gücü ilə işləməsinə şərait yaradacaq və Azərbaycanda metallurgiyanın xammaldan tutmuş müxtəlif çeşidli ən son məhsullara qədər vahid dəyər zəncirinin yaranmasını təmin edəcək. Gianpietro Benedetti onu da bildirdi ki, bütün bu layihələrin özəl investisiya olaraq investorlar və Avropanın aidiyyəti bankları tərəfindən maliyyəşdirilməsi nəzərdə tutulur.

Azərbaycanda sahibkarlar üçün gözəl şəraitin mövcud olduğunu deyən dövlətimizin başçısı ölkəmizin xarici investorların cəlb edilməsində maraqlı olduğunu bildirdi. Prezident İlham Əliyev investorların və bütün sahibkarların maraqlarının qorunması üçün zəruri tədbirlərin dövlət tərəfindən bundan sonra da görüləcəyini dedi.

---------

16:01

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də İtaliyanın "Danieli & C. Officine Meccaniche S.p.A" şirkətinin idarə heyətinin rəhbəri və baş icraçı direktoru Gianpietro Benedettini qəbul edib.


OXŞAR XƏBƏRLƏR

Bu qidalar ağciyər xərçəngi riskini artırır - Adlar

ABŞ-də qidaların insan orqanizminə təsirini öyrənmək üçün aparılan genişmiqyaslı bir araşdırmada 100 mindən çox insan təxminən 10 il ərzində izlənilib.  ...

DİN və DSX Cəlilabadda əməliyyat keçirib, axtarışda olan şəxs saxlanılıb

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb...

Avrasiyanın ən aktiv vulkanı oyanır - FOTO

Səhər saatlarında Sibirin ən yüksək dağı və Avrasiyanın ən yüksək aktiv vulkanı olan Klyuçevskoy 8,8 bal gücündə güclü zəlzələdən sonra püskürüb.   S...

ABŞ İrana ciddi zərbə endirəcək - AÇIQLAMA

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən genişmiqyaslı sanksiya paketini elan edib. Bu tədbirlər İranın neft ticarətini idarə edən beynəlxalq gəmiçilik şəbəkə...

Avqustda qeyri-sabit hava şəraiti GÖZLƏNİLİR

Avqust ayının 1 və 2-ci ongünlüyü yüksək temperatur ilə müşahidə olunacaq. Lakin havanın ümumi iqlim normasına yaxın olacağı ehtimalı böyükdür.   Sfe...

Pediatrdan xəbərdarlıq: Telefonlar uşaqların beyininə zərər verir

Yay aylarında uşaqların boş vaxtlarının çox olması onların informasiya və texnologiya məhsullarından asılılığını daha da artırır. Havanın isti keçməsi, tətil re...