DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bu qaydalara əməl edin!

DYP-dən sürücülərə XƏBƏRDARLIQ - Bu qaydalara əməl edin!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) həftəsonu səfərə çıxan sürücülərə və hərəkət iştirakçılarına xəbərdarlıq edib.

 

Sfera.az xəbər verir ki, bu barədə BDYP məlumat yayıb. Bildirilib ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

 

"BDYP həftəsonu avtomobil yollarında nəqliyyat axınının artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri qeyri-sabit hava şəraitində daha diqqətli olmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Qeyd olunan hava şəraitinin xüsusilə ikitəkərli, o cümlədən moped, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində çətinliklər yaratdığını nəzərə alaraq, belə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunması tövsiyə edilir", - məlumatda qeyd olunub.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Həbsdə olan baş redaktorun cəzası azaldıldı

"Gündəlik Bakı" qəzetinin həbsdə olan təsisçisi və baş redaktoru Habil Vəliyevin barəsində çıxarılmış hökmə dair apellyasiya şikayətinə baxılıb. &n...

Emin Ağalarov “Sea Breeze”də məşhur restoranının açılışını etdi - VİDEO

İş adamı və sənətçi Emin Ağalarov “Sea Breeze” istirahət mərkəzində daha bir yeni obyektin açılışını həyata keçirib. Sfera.az xəbər verir ...

Yekaterinburqda bina uçdu: 24 nəfər təxliyə olundu

Rusiyanın Yekaterinburq vilayətində inzibati binanın bir hissəsi uçub.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   Fövqəlad...

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Baş nazirin müavini Şahin Mustafayev İran Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barəd...

Estetik əməliyyatdan sonra qadın təyyarəyə buraxılmadı

ABŞ sakini prosedura görə təyyarəyə buraxılmayıb. Sfera.az bildirir ki, Şataria Banksın bir neçə gün əvvəl etdiyi estetik prosedur onun normal uçuşuna mane...

Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Gəncə şəhərinin 22 avtobus marşrutu üzrə elan olunmuş müsabiqənin ...