Polis qanunsuz silahları TƏHVİL GÖTÜRDÜ

Hadisə
10:40 / 27.07.2024
3195
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, iyulun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 9 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Firuzə Əliyeva