İşığı kəsib həkimin evdən çıxmasını gözləyiblər - Qətlin təfərrüatı

İşığı kəsib həkimin evdən çıxmasını gözləyiblər - Qətlin təfərrüatı

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun qətli ilə bağlı məhkəmə prosesi başa çatıb.

 

Sfera.az-ın məlumatına görə, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il təvəllüdlü Fəxrid Allahverdiyev və 2005-ci il təvəllüdlü R.M-nin hərəsi 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

Məhkəmədə cinayətkar qruplaşmanın şöbə müdirini hansı üsulla öldürdükləri də məlum olub. 

 

Bəlli olub ki, qruplaşma əvvəlcə Bəyaz Cabbarovun evinin önünə gələrək elektrik sayğacına müdaxilə ediblər. Elektrik verilişinin kəsildiyini görən həkim evin önünə çıxıb və bu zaman Fəxri Allahverdiyevlə R.M ona qarşı zorakılıq ediblər. Daha sonra Bəyaz Cabbarovu zorakı üsulla evə aparan qruplaşma üzvləri, onu döşəmənin üstünə yıxıblar. Cinayətkarlar şöbə müdirindən evdə olan pulların yerini soruşublar. Həkim isə yalnız üzərində pul olduğunu, bunu onlara verə biləcəyini deyib.

 

Bəyaz Cabbarovun evdə saxladığı pulun və qızıl-zinət əşyalarının yerini onlara deməyəcəyini bildikdən sonra, quldurlar onu xüsusi amansızlıqla qətlə yetiriblər. Həkimə ümumilikdə 17 bıçaq zərbəsi endirilib.

 

Qeyd edək ki, cinayətkar qruplaşma həkim evində 40-50 min manat pul olduğunu ehtimal ediblər.

 

Onu da əlavə edək ki, həkimi qətlə yetirənlər hadisədən sonra kameraya düşmüşdü. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...