Ukrayna və Gürcüstan üçün viza ləğv olundu
Dünya
17:31 / 15.12.2016
1118
Avropa Parlamenti Strasburqda Assambleyanın sessiyasında Gürcüstan və Ukrayna vətəndaşları üçün vizaların ləğv edilməsi ilə bağlı qanunvericilik prosesini başa çatdırıb.
Sfera.az xəbər verir ki, qərar Avropa parlamentarilərinin səs çoxluğu ilə qəbul edilib və bunula Avropa parlamenti Ukrayna və Gürcüstan üçün viza rejimini ləğv edib.
Bundan sonra qəbul edilən direktivi Aİ Şurası da rəsmən təsdiqlənməlidir.