Sumqayıtın hərbi prokuroru işdən çıxarıldı
Cəmiyyət
17:08 / 15.12.2016
779
Prokurorluq orqanlarında yeni təyinatlar olub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Sumqayıt hərbi prokuroru Rövşən Əfəndiyev tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunda istintaqa nəzarət şöbəsinin rəisi, Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi Zöhrab Kazımov tutduğu vəzifədən azad edilərək Sumqayıt hərbi prokuroru, respublika hərbi prokurorunun böyük köməkçisi Səfər Əhmədov isə Respublika Hərbi Prokurorluğunun müraciətlərə baxılması şöbəsinin rəisi vəzifələrinə təyin olunublar.