Bədəninizdə bu dəyişikliklər varsa... - Həkimdən XƏBƏRDARLIQ!
Bədəndəki bəzi dəyişikliklər şəkər xəstəliyinin əlamətləri ola bilər.
Sfera.az xəbər verir ki, bu barədə türkiyəli həkim Esra Tutal açıqlama verib. Həkim bildirib ki, susuzluq, çox su içmək, arıqlamaq, təkrarlanan infeksiyalar, əl və ayaqlarda uyuşma, daha ciddi hallarda isə koma diabetin əsas əlamətləridir.
“İndiki vaxtda hərəkətsizlik, yüksək kalorili qidaların, həmçinin tərkibində şəkər və fruktoza olan maye qidaların həddindən artıq qəbulu nəticəsində piylənmə və buna paralel olaraq şəkərli diabet xəstəliyi sürətlə artıb. Şəkərli diabet ömür boyu davam edən xroniki xəstəlikdir. Müalicə ilə qan şəkəri normal hədlərə çatdırıla bilər. Qan şəkərinin normal həddə olması insanı şəkərin mənfi təsirlərindən qoruyur. Şəkərli diabeti azaldan dərmanlar vaxtı-vaxtında və müntəzəm istifadə edilməlidir”.
Ülkər Abdurahmanlı