81 ölkə `ASAN Viza` sistemindən istifadə edəcək

81 ölkə `ASAN Viza` sistemindən istifadə edəcək
 
"ASAN Viza” sistemi vasitəsilə elektron viza veriləcək ölkələrin adları məlum olub.

81 ölkənin vətəndaşı "ASAN Viza” sistemindən istifadə edərək Azərbaycana səfər edə biləcək. Sfera.az APA-ya istinadən vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını təqdim edir:

Amerika Birləşmiş Ştatları, Albaniya, Almaniya, Andorra, Argentina, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Bolqarıstan, Bosniya və Herseqovina, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Braziliya, Bruney, Cənubi Afrika Respublikası, Çexiya, Çili, Çin Xalq Respublikası, Danimarka, Estoniya, Əlcəzair, Finlandiya, Fransa, Hindistan, Xorvatiya, İndoneziya, İordaniya, İran, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kanada, Kipr, Koreya, Kosta-Rika, Kuba, Küveyt, Qətər, Qvatemala, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Macarıstan, Makedoniya, Malayziya, Malta, Meksika, Mərakeş, Monako, Monteneqro, Monqolustan, Nepal, Niderland, Norveç, Oman, Pakistan, Panama, Polşa, Portuqaliya, Rumıniya, San Marino, Serbiya, Səudiyyə Ərəbistanı, Sinqapur, Slovakiya, Sloveniya, Şri-Lanka, Tailand, Türkiyə, Türkmənistan, Vatikan, Vyetnam, Yaponiya, Yeni Zelandiya və Yunanıstan.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün "ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir, "ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb, prezidentinə təqdim etməlidir. 

"ASAN Viza” sistemi vasitəsilə elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa "ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi, elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə "ASAN Viza” sisteminə daxil edilməsi, elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun "ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi, elektron vizanın üç iş günü müddətində verilməsi, elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi təmin edilir.

Fərmanla müəyyən edilib ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.



OXŞAR XƏBƏRLƏR

"Barselona"nın baş məşqçisi fevral ayının ən yaxşısı seçildi

İspaniyanın "Barselona" kollektivinə rəhbərlik edən Hans-Diter Flik fevral ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.   Sfera.az xəbər...

Fevralın sonu ilə bağlı əhaliyə ciddi XƏBƏRDARLIQ

Maqnit qasırğaları bütün dünyada insanların rifahına əhəmiyyətli dərəcədə təsir göstərərək, onların əhval-ruhiyyəsinə və məhsuldarlığına təsir göstərə bilər. Gü...

Tramp yaxın zamanda Zelenski ilə görüşə bilər

Donald Tramp Ağ Evdə fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı bu və ya gələn həftə Ukraynda lideri Volodimir Zelenskinin Vaşinqtona səfər edə biləcəyini...

Ən çox uzun müddət evli olanlar boşanır – STATİSTİKA

Ölkəmizdə hər keçə il nikah saylarının azalması ilə yanaşı boşanma sayları da artmağa davam edir. Dövlət Statistika Komitəsinin 2023-cü il statistikasına əsasən...

Heydər Əliyev prospektində yol çökdü - FOTOLAR

Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.   Sfera.az  xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.   İlkin...

Leyla və Arzu Əliyevalar Ər-Riyadda -FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ər-Riyadda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştir...