Məşhur bloqqer Azərbaycanın istəyi ilə saxlanıldı

Məşhur bloqqer Azərbaycanın istəyi ilə saxlanıldı
 
Minskdə rusiyalı məşhur bloqer Aleksand Lapşin saxlanılıb. 

AzVision.az-ın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə bloqerin "Facebook” səhifəsində məlumat yerləşdirilib.

Onun Azərbaycanın sorğusu əsasında saxlanıldığı bildirilir.

"Sputnik Belarus” agentliyinin yaydığı məlumata görə, Lapşin Bakıya təhvil verilə və Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb edilə bilər.

Qeyd edək ki, bloqerin adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahısı”na daxil olunub. Buna səbəb bloqerin Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. Lakin 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Gürcüstandan Azərbaycan ərazisinə keçib. 

Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi "Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün bloqeri beynəlxalq axtarışa verib.


OXŞAR XƏBƏRLƏR

"Barselona"nın baş məşqçisi fevral ayının ən yaxşısı seçildi

İspaniyanın "Barselona" kollektivinə rəhbərlik edən Hans-Diter Flik fevral ayı üçün La Liqada ən yaxşı baş məşqçi seçilib.   Sfera.az xəbər...

Fevralın sonu ilə bağlı əhaliyə ciddi XƏBƏRDARLIQ

Maqnit qasırğaları bütün dünyada insanların rifahına əhəmiyyətli dərəcədə təsir göstərərək, onların əhval-ruhiyyəsinə və məhsuldarlığına təsir göstərə bilər. Gü...

Tramp yaxın zamanda Zelenski ilə görüşə bilər

Donald Tramp Ağ Evdə fransalı həmkarı Emmanuel Makronla görüşü zamanı bu və ya gələn həftə Ukraynda lideri Volodimir Zelenskinin Vaşinqtona səfər edə biləcəyini...

Ən çox uzun müddət evli olanlar boşanır – STATİSTİKA

Ölkəmizdə hər keçə il nikah saylarının azalması ilə yanaşı boşanma sayları da artmağa davam edir. Dövlət Statistika Komitəsinin 2023-cü il statistikasına əsasən...

Heydər Əliyev prospektində yol çökdü - FOTOLAR

Bakının Nizami rayonunda yolun bir hissəsi çöküb.   Sfera.az  xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.   İlkin...

Leyla və Arzu Əliyevalar Ər-Riyadda -FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Baku Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Ər-Riyadda keçirilən 4-cü Beynəlxalq Humanitar Forumda iştir...