VƏSSALAM: "Azəriqaz"dan əhaliyə şad xəbər !
Cəmiyyət
15:54 / 15.12.2016
677
"Ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları 24 saat xidmət göstərirlər ki, abonentlərimizə təbii qazın verilməsinə hər hansı bir məhdudiyyət yaşanmasın".
Bu sözləri açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.
Qurum rəsmisi hava şəraiti ilə bağlı hələlik nə rayonlarda, nə paytaxtda, nə də Bakıətrafı ərazilərdə təbii qazın verilməsində hər hansı bir ciddi problemin yaranmadığını bildirib.
İbrahim Kərbəlayev "Azəriqaz"ın payız-qış mövsümünə tam hazır olduğunu qeyd edib.
"Payış-qış mövsümü ilə əlaqədar olaraq 2016-2017-ci illər üzrə tədbirlər planı çərçivəsində 27307 paqonometr qaz xəttləri təmir olunub, dayaqlar üzərinə qaldırılıb. 239 qaz xəttləri üzərində 239 qaz tənzimləyici quraşdırılıb. Bütün bu görülən işlər əhalinin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar olub.
Bütün bunlar may ayından oktyabra qədər görülən işlərdir. İşlər oktyabr ayında başa çatdırılıb. Havaların soyuq və şaxtalı keçdiyi vaxtlarda da təbii qazın verilişində hər hansı bir problem yaranmayıb. Yalnız qəza halları baş verərsə, "Azəriqaz" İstehsalat Birliyinin Təmir-tikinti idarəsinin işçi heyəti lazımi avadanlıqlarla, maşın mexanizmləri ilə tam təmin olunub ki, baş vermiş qəzaları tam aradan qaldırsınlar.
modern.az