Neftçilərdən birinin meyiti tapılıb

Neftçilərdən birinin meyiti tapılıb
 
Bu gün saat 05:00 radələrində "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş qəza zamanı dənizdə itkin düşən neftçilərdən bir nəfərin meyiti tapılıb. 

"Bizim Yol" xəbər verir ki, bunu hadisə ilə bağlı "Azneft" İB-də yaradılan qərargahda baş direktorun birinci müavini Balamirzə Ağarəhimov bildirib. 

Onun sözlərinə görə, həmin şəxs Ələt qəsəbəsinin sakini İlham Qafarovdur.

Qeyd edək ki, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
 


OXŞAR XƏBƏRLƏR