Bakı-Şamaxı-Yevlax yolu qismən bağlanacaq

Cəmiyyət
18:13 / 25.07.2024
4771
İyulun 26-sı saat 09:00-dan 30 iyul saat 00:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-26 kilometrlik hissəsində aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sfera.az-a bildirilib ki, bu zaman yol bağlanmayacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işləri aparılan ərazisi qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.