Sabah bəzi yerlərdə yağış intensivləşəcək - PROQNOZ

Sabah bəzi yerlərdə yağış intensivləşəcək - PROQNOZ

İyulun 26-da Azərbaycanın bəzi yerlərində yağış yağacağı gözlənilir.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Emin Ağalarov “Sea Breeze”də məşhur restoranının açılışını etdi - VİDEO

İş adamı və sənətçi Emin Ağalarov “Sea Breeze” istirahət mərkəzində daha bir yeni obyektin açılışını həyata keçirib. Sfera.az xəbər verir ...

Yekaterinburqda bina uçdu: 24 nəfər təxliyə olundu

Rusiyanın Yekaterinburq vilayətində inzibati binanın bir hissəsi uçub.   Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   Fövqəlad...

Şahin Mustafayev İran səfiri ilə görüşdü

Baş nazirin müavini Şahin Mustafayev İran Azərbaycan Respublikasındakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barəd...

Estetik əməliyyatdan sonra qadın təyyarəyə buraxılmadı

ABŞ sakini prosedura görə təyyarəyə buraxılmayıb. Sfera.az bildirir ki, Şataria Banksın bir neçə gün əvvəl etdiyi estetik prosedur onun normal uçuşuna mane...

Gəncədə 22 avtobus marşrutu üzrə qalib daşıyıcılar müəyyənləşdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Gəncə şəhərinin 22 avtobus marşrutu üzrə elan olunmuş müsabiqənin ...

Qovlar qəsəbəsinin Baş planı TƏSDİQLƏNDİ

Qovlar şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.   Sfera.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb...