Danışıqlar üçün YENİ ADDIM: Kreml Kiyevin şərtini qəbul edəcəkmi?

Danışıqlar üçün YENİ ADDIM: Kreml Kiyevin şərtini qəbul edəcəkmi?

"Ukrayna xarici işlər naziri Dmitri Kuleba iki ildən sonra səfər etdiyi Pekində Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu bildirib. Moskvadan dərhal cavab gəlib: “Biz qeyd-şərtsiz danışıqlara hazırıq!”. Ancaq daha sonra Ukrayna Xarici İşlər Nazirliyi Dmitri Kulebanın açıqlamasına aydınlıq gətirib. Danışıqlar Rusiyanın işğalçı müharibəsinə son qoyması və qoşunlarını Ukrayna ərazisindən çıxarması mövzusu ətrafında aparılmalıdır. Aydındır ki, Kreml Kiyevin bu şərtini qəbul etməyəcək".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri siyasi şərhçi Elxan Şahinoğlu bildirib.

 

"Başqa bir sual da aktuallaşıb: Çin Rusiyanın tərəfdaşı olduğu halda, Kuleba nədən Pekinə gedib? Aydındır ki, bu səfər Ukrayna Prezidenti Volodimir Zelenski ilə razılaşdırılıb. Görünür, Kiyev Pekinin nəbzini yoxlamaq istəyir, Çin hökumətinin sülhlə bağlı Kremlə təsir imkanları öyrənilir. Rusiya-Ukrayna müharibəsi Qərb ölkələri kimi, Çinin də maraqlarına zidd olsa da, Pekin müharibənin dayandırılması üçün kifayət qədər fəallıq nümayiş etdirmir. Kiyev Pekini Rusiya tərəfdaşlığından balanslı mövqeyə keçməsini istəyir. Müharibə aparan ölkənin xarici işlər nazirinin Pekində 3 gün qalması da diqqəti çəkib. Demək, Kuleba Çin rəsmiləri ilə dərin müzakirələr aparmaq istəyib. Kiyev Çin lideri Si Cinpinin Ukraynaya səfər etməsinə çalışır”.

 

E. Şahinoğlu qeyd edib ki, Vaşinqton Kulebanın Çinə səfərini diqqətlə izləyib.

 

“Kiyev kimi, Vaşinqton da Pekinin Moskvaya təsir etməsini istəyir. Ancaq buna nail ola bilmir. Çünki Vaşinqtonla Pekin arasında başqa mövzularda dərin fikir ayrılıqları var. Pekin Vaşinqtonun Tayvan siyasətini sərt tənqid edir, Vaşinqton isə Pekinin bu adanı ələ keçirmək istəyinə qarşıdır. İki ölkə arasında başqa problem də yaranıb. “Bloomberg” agentliyinin xəbərinə görə, Pentaqonun yeni hesabatında ABŞ Çin və Rusiyanın Akrtikaya artan marağını nəzərə alaraq, Arktikada hərbi hazırlığını və nəzarətini genişləndirəcək. ABŞ Müdafiə Nazirliyinin 2024-cü il üçün Arktika Strategiyasına əsasən, buzların əriməsi regionu iqtisadi və hərbi baxımdan daha əlçatan etdiyi üçün “Arktikanın strateji kor nöqtəyə çevrilməməsi üçün” tədbirlərə ehtiyac var”.

 

Ülkər Abdurahmanlı

 

 


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...