Krım uğrunda gedən GƏRGİN MÜBARİZƏ: "İmkanlar tükənir və yaxın vaxtda..." - ŞƏRH

Krım uğrunda gedən GƏRGİN MÜBARİZƏ: "İmkanlar tükənir və yaxın vaxtda..." - ŞƏRH

Ukrayna ordusunun Ali baş komandanı Aleksandr Sırski deyib ki, Ukrayna Krımı qaytarmaq üçün bütün vasitələrdən istifadə edəcək. O bildirib ki, Rusiya cəbhə xəttinə Ukraynadan üç dəfə daha çox hərbi texnika cəlb edib və şəxsi heyət sayı ilin sonuna qədər 690 min nəfərə çatdırılacaq. Bununa belə, A. Sırski Ukrayna ordusunun itkilərinin sayını açıqlamayıb.

 

Bəs Krım niyə bu qədər əhəmiyyətlidir və bu yarımada uğrunda mübarizə kimin xeyrinə nəticələnə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Kənan Novruzov bildirib ki, hazırda Ukraynada mövqe müharibəsi gedir. Tərəflərdən heç biri üstünlük əldə edə bilmir. Həm Ukrayna, həm də Rusiya getdikcə yorulur, imkanları tükənir. K.Novruzov qeyd edib ki, Krım hər iki tərəf üçün xüsusi əhəmiyyətlidir:

 

“Birincisi, ona görə ki, yarımada hərbi baxımdan strateji önəmə sahibdir. İkincisi, tərəflər arasında qarşıdurma 2014-cü ildə məhz Krıma görə başlamışdı. Yəni Krımın azad olunması Kiyevə həm də psixoloji üstünlük qazandıra bilər. Üçüncüsü, Rusiya Krımda çox ciddi şəkildə hərbi baza yaradıb. Ukrayna perspektivdə Krımı azad etməklə Rusiyanın hərbi imkanlarını xeyli zəiflədə bilər. Bu isə müharibənin gedişinə təsir edəcək”.

 

Siyasi şərhçinin sözlərinə görə, Ukrayna müntəzəm olaraq Krıma hava zərbələri endirib, ərazidə xüsusi əməliyyatlar keçirsə də, bu, yarımadanın azad edilməsi üçün kifayət deyil:

 

“Ukraynanın sözügedən addımlarının ən yaxşı nəticələrindən biri odur ki, Krımdakı Rusiya əhalisi təşvişə düşür və tədricən ərazini tərk edir. Ukraynanın Krıma quru yolla çıxışı yoxdur. Deməli, yarımadanın azad edilməsi üçün ciddi hava əməliyyatlarına, hücumlarına ehtiyac var. Bu isə F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükünü zəruri edir. Amma Qərb ölkələrinin vədlərinə baxmayaraq, proses hələ ki, ləngiyir. Sözügedən qırıcılarsız isə Ukraynanın Krımda nəticəyönümlü hava əməliyyatları keçirməsi və yarımadanı azad etməsi ən yaxşı halda çətindir”.

 

K.Novruzov vurğulayıb ki, hazırda Rusiyanın vəziyyəti Ukraynaya nisbətən daha yaxşıdır:

 

“Çünki Rusiyanın şəxsi heyət və texnikası daha çoxdur. Bunu general A.Sırski özü də etiraf etdi. Belə olan halda, Krımın yaxın vaxtda azad olunacağı və vəziyyətin kəskin şəkildə Ukraynanın xeyrinə dəyişəcəyi ağlabatan görünmür. Əgər müharibənin gedişatı yarımadanın taleyindən asılıdırsa, onda, deməli, sülh yaxın vaxtda olmayacaq, savaş hələ uzun çəkəcək”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...