Bakıda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin DÜŞDÜ - YENİLƏNDİ
Sağlıq
13:38 / 25.07.2024
7407
Bakının Binəqədi rayonunda itkin düşən autizm xəstəsi olan yeddi yaşlı uşaq tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən xəbərə görə, itkin düşdüyü üçün axtarışda olan 2017-ci il təvəllüdlü Mehman Məmmədov polis əməkdaşları tərəfindən yeri müəyyən olunaraq tapılıb. Azyaşlı ailəsinə təhvil verilib.
***
10:15
Bakının Binəqədi rayonunda autizm xəstəsi olan yeddi yaşlı uşaq itkin düşüb.
Sfera.az xəbər verir ki, Biləcəri qəsəbəsi, DSK yolu nömrəsiz evdə yaşayan, autizm xəstəliyi olan, 2017-ci il təvəllüdlü Mehman Məmmədov ötən gün yaşadılğı evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.