Ordubad şəhərinin Baş planı HAZIRLANIR

Ordubad şəhərinin Baş planı HAZIRLANIR

Ordubad şəhərinin Baş planının hazırlanması ilə bağlı onlayn görüş keçirilib.

 

Sfera.az xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini Həsən Seyidov, nazirliyin əməkdaşı Gülbuta Babayeva, Azərbaycan Respublikası Şəhərsalama və Arxitektura komitəsinin əməkdaşı Məzahir Hüseynov, İsveçrənin “SA Partners” şirkətinin əməkdaşları Angela Viest və İpek Kahraman iştirak edib.

 

Görüşün əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinin icrası ilə bağlı Ordubad şəhərinin baş planının hazırlanması zamanı mədəniyyət abidələrinin qorunması, şəhərin ümumi tarixi görünüşünün diqqətdə saxlanılması ilə bağlı işlərin həyata keçirilməsidir.

 

Görüşdə qoruq ərazisində iş aparılması üçün nəzərə alınmalı olan amillər və qaydalar, qoruğun mühafizə zonasının olması və qaydaları, sərhədlərinin mövcudluğu, tikiləcək olan otel binası layihəsinin tarixi şəhər qaydalarına uyğunluğu, yeraltı su kanalları, kəhrizlərin, tunellərin sxemləri, qoruq ərazisində tikinti və bərpa işinin aparılması qaydaları və digər məsələlər müzakirə edilib.


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...